AÇ-2024: Qazaxıstandan növbəti qələbə, prezident görüşə gəldi

AÇ-2024: Qazaxıstandan növbəti qələbə, prezident görüşə gəldi

Gələn il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə qrup mərhələsində 6-cı turun oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, 4 qrupda 9 qarşılaşma baş tutub.

Mərhələdə uğurlu çıxışları ilə diqqət çəkən Qazaxıstan millisi doğma meydanda Şimali İrlandiyaya qalib gələrək xal ehtiyatını 12-yə çatdırıb. Bu qələbədən sonra futbolçularla görüşə gələn ölkə prezidenti Qasım-Comərd Tokayev komandanı təbrik edib.


AÇ-2024. Seçmə qrup mərhələsi. 6-cı tur


B qrupu

İrlandiya - Niderland 1:2

Yunanıstan - Cəbəllütariq 5:0

Xal durumu: Fransa - 15 (5 oyun), Yunanıstan - 9 (5), Niderland - 9 (4), İrlandiya - 3 (5), Cəbəllütariq - 0 (5)


E qrupu

Farer adaları - Moldova 0:1

Albaniya - Polşa - 2:0

Xal durumu: Albaniya - 10, (5 oyun), Çexiya - 8 xal (4), Moldova - 8 (5), Polşa - 6 (5), Farer adaları - 1 (5)


G qrupu

Monteneqro - Bolqarıstan 2:1

Litva - Serbiya 1:3

Xal durumu: Macarıstan - 10 (4 oyun), Serbiya - 10 (5), Monteneqro - 8 (5), Bolqarıstan - 2 (5), Litva - 2 (5)


H qrupu

Qazaxıstan - Şimali İrlandiya 1:0

Finlandiya - Danimarka 0:1

San Marino - Sloveniya 0:4

Xal durumu: Danimarka - 13, Sloveniya - 13, Finlandiya - 12, Qazaxıstan - 12, Şimali İrlandiya - 3, San Marino - 0