"Turan Tovuz" akademiyasında danışılmış oyunlarla bağlı seminar

"Turan Tovuz" akademiyasında danışılmış oyunlarla bağlı seminar

“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün danışılmış oyunlarla bağlı növbəti toplantı təşkil edilib.

Mediasport.az xəbər verir ki, klubun danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxsi Xəyal Qarayev tərəfindən “Danışılmış oyunlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Seminarda futbolun adını ləkəyən danışılmış oyunlar haqda maarifləndirici söhbətlər aparılıb, hesabat xarakterli təqdimatlar edilib.

Xüsusi videoçarxlar nümayiş etdirildikdən sonra iştirakçıların sualları cavablandırılıb.