"Zirə" heyətini 2-ci Liqa klubunun futbolçusu ilə gücləndirib - FOTO

"Zirə" heyətini 2-ci Liqa klubunun futbolçusu ilə gücləndirib - FOTO

Qış transfer çalışmalarına start verən "Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, bir neçə gün əvvəl "Sabah"dan yarımmüdafiəçi Ceynur Nuriyevi sıralarına qatan Rəşad Sadıqovun komandasının növbəti transferi 2-ci Liqadan olub.

"Qartallar" "Cəbrayıl"ın müdafiəçisi Saleh Süleymanovu sıralarına qatıb.

Qarabağ təmsilçisi 18 yaşlı müdafiəçi ilə vidalaşdıqlarını və onun karyerasını "Zirə"də davam etdirəcəyini açıqlayıb.