"Qarabağ"ın potensial rəqiblərinin ilk qarşılaşmasını polşalılar qazandılar
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri də I raundun ilk oyununa çıxıblar.
MediaSport.az xəbər verir ki, Polşa çempionu "Rakuv" doğma meydanda "Flora"nı (Estoniya) qəbul edib.
Polşalıların qələbəvə ümumilikdə matçın yeganə qolunu 54-cü dəqiqədə Vladislav Koçergin vurub.
Komandalar arasında cavab matçı iyulun 18-də Tallində keçiriləcək.