"Qarabağ" Norveç səfərində əzmkar qələbə qazandı - YENİLƏNDİ

"Qarabağ" Norveç səfərində əzmkar qələbə qazandı - YENİLƏNDİ

"Qarabağ" UEFA Avropa Liqasının əsas mərhələsində dördüncü matçına çıxıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz Norveç səfərində "Budö Qlimt"in qonağı olub.

Ağdam təmsilçisi Budö şəhərində əzmkar qələbə qazanıb.

Kyetil Kuntsenin baş məşqçisi olduğu skandinavlar cari mövsüm avrokubokların əsas raundunda məğlub olmamışdılar: 2 qələbə, 1 heç-heçə.

Qurban Qurbanovun komandası əsas mərhələdə səfərdə "Tottenhem"ə (0:3), evdə "Malmö" (1:2) və "Ayaks"a (0:3) uduzub.

UEFA Avropa Liqası. Əsas mərhələ. 4-cü tur

"Budö Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) 1:2

Qollar: Patrik Berq, 41 - Toral Bayramov, 22, Abdullah Zubir, 69.

Baş hakim: Luis Qodinyo.

Yan xətt hakimləri: Ruy Teyşeyra, Pedro Almeyda.

Dördüncü hakim: Andre Narçiso.

VAR: Hüqo Migel.

AVAR: Fabio Oliveyra Melo.

"Aspmira" stadionu. Budö, Norveç.

"Budö Qlimt": 12. Nikita Haikin, 20. Fredrik Sjovold, 2. Villads Nielsen, 4. Odin Bjortuft, 15. Fredrik Andre Bjorkan, 26. Hakon Evjen, 7. Patrik Berq (k), 14. Ulrik Saltnes, 77. Filip Zinckernagel, 23. Jens Petter Hauge, 94. August Mikkelsen.

Baş məşqçi: Kyetil Knutsen.

"Qarabağ": 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 55. Kevin Medina, 81, Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Emmanuel Adday, 23. Aleksey Kaşuk, 18. Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.