DƏQİQLƏŞDİ: "Qarabağ" Antalyada bu komandalarla qarşılaşacaq - 3 oyun

DƏQİQLƏŞDİ: "Qarabağ" Antalyada bu komandalarla qarşılaşacaq - 3 oyun

Qış fasiləsində Türkiyəyə yollanacaq "Qarabağ"ın yoxlama görüşlərinin tarixləri müəyyənləşib.

mediasport.az xəbər verir ki, yanvarın 4-dən 23-nə qədər qardaş ölkədə olacaq "köhlən atlılar" Antalyada təlim-məşq toplanışı şərçivəsində 3 yoldaşlıq oyunu keçirəcəklər.

Qurban Qurbanovun komandası yanvarın 13-də "Poqon" (Polşa), 5 gün sonra "Çukariçki" (Serbiya) ilə üz-üzə gələcək. Ağdam təmsilçisi yanvarın 18-də daha bir yoxlama oyununda "Rakuv"la (Polşa) qarşılaşacaq.