"Turan Tovuz" "Neftçi" ilə oyun üçün azarkeşlərinə avtobus ayırdı

"Turan Tovuz" "Neftçi" ilə oyun üçün azarkeşlərinə avtobus ayırdı

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində sabah "Neftçi"nin qonağı olacaq "Turan Tovuz" azarkeşlərinə müraciət edib.


Dəyərli “Turan Tovuz” azarkeşləri!

Məlum olduğu kimi, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyununda komandamız “Neftçi” ilə qarşılaşacaq. Tarixi oyunda həmişəkindən daha çox dəstəyinizə ehtiyacımız var. Odur ki, 26 aprel tarixində hər birinizi “Bakcell Arena”ya, 5 A sektoruna gözləyirik!

Komandamızı dəstəkləmək istəyən azarkeşlərimiz üçün klub rəhbərliyi tərəfindən nəqliyyat vasitələri ayrılıb. Avtobuslar 26 aprel saat 11:00-da Tovuz şəhər stadionunun qarşısından hərəkət edəcək. 

1 saat öncədən stadionun qarşısında olmaq vacibdir.

Gücümüz dəstəyinizdir!

Əlaqələndici şəxs: Kamal Saqqayev.

Əlaqə nömrəsi: 055 652 82 02