Azərbaycanlı hakim Albaniyada
FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.
MediaSport.az xəbər verir ki, ədalət təmsilçisi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində iyulun 20-də keçiriləcək "Vlajniya" (Albaniya) - "Linfild" (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.