"Turan Tovuz" növbəti transferini rəsmiləşdirdi - RƏSMİ

"Turan Tovuz" növbəti transferini rəsmiləşdirdi - RƏSMİ

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

MediaSport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi "Zirə"dən ayrılan Sərtan Taşkını rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tovuzlular 25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sərtan Taşkın karyerası ərzində "Keşlə", "Sumqayıt" və "Zirə"də forma geyinib.