Renat Dadaşov "Beşiktaş"a qarşı heç nə ilə yadda qalmayıb - VİDEO
Futbol üzrə Türkiyə Superliqasında 17-ci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Mersində "Beşiktaş"ı qəbul edib.
24 yaşlı forvardın 90 dəqiqə meydanda olduğu matçda komandası məğlub olub.
Dadaşov qarşılaşmada heç nə ilə yadda qalmayıb.
Volkan Dəmirəlin baş məşqçisi olduğu Hatay təmsilçisi 17 turdan sonra 19 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.