"Turan Tovuz"dan ayrılan müdafiəçi Türkiyə klubuna keçdi - RƏSMİ
"Turan Tovuz"dan ayrılan Sərtan Taşqın Türkiyə klubu ilə müqavilə bağlayıb.
Mediasport.az xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi 1-ci Liqa təmsilçisi "Manisa"da oynayacaq.
Tərəflər arasında imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
U-21 Azərbaycan yığmasında oynamış Taşqın 2023-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi.
O, qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.