Şimali irlandiyalılar da "Qarabağ"ı nəhəng rəqib hesab edirlər
Şimali İrlandiya mətbuatında Azərbaycan çempionu "Qarabağ"ın uğurlarından bəhs edilib.
Mediasport.az xəbər verir ki, bu ölkənin "Larne" klubunun rəsmi saytı Çempionlar Liqasının təsnifat mərhələsininin 1-ci turunda qarşılaşaca biləcəyi rəqiblərə nəzər salıb, Qurban Qurbanovun komandasını xüsusi vurğulayıb.
"Şənbə günü Çempionlar Liqasının finalında “Real”ın məğlubiyyəti Azərbaycan çempionunun turnirə birinci mərhələdən başlamasına səbəb olacaq. Azərbaycan çempionatında tam üstünlüyü olan “atlılar” 25 xallıq üstünlüklə 11-ci çempionluğunu qazandılar.
Çempionlar Liqasının 2017/2018-ci illər mövsümündə qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” Dieqo Simeonenin başçılıq etdiyi “Atletiko” ilə iki yaddaqalan heç-heçə etdi, turnirdən kənarlaşdırılana qədər “Çelsi” və “Roma” ilə qarşılaşdı.
Avropa səhnəsində böyük uğur qazanan klub ardıcıl 10 ildir ki, Azərbaycanı Avropa yarışlarının qrup mərhələsində təmsil edir və son üç mövsümdə pley-off mərhələsinə yüksəlir. Onlar bu yay 1-ci təsnifat mərhələsində qarşılaşdıqları hər komanda üçün nəhəng rəqibdir. "Qarabağ" Şabi Alonsonun komandasına mövsümdə ilk məğlubiyyəti yaşatmağa da yaxın oldu".