"Qarabağ"dan MÜHÜM YENİLİK: Bakıda futbol akademiyası tikiləcək

"Qarabağ"dan MÜHÜM YENİLİK: Bakıda futbol akademiyası tikiləcək

"Qarabağ”ın yeni futbol akademiyası inşa ediləcək.

Bu haqda "mediasport.az" saytına açıqlamasında Ağdam klubunun prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri inşa ediləcək akademiyanın yerinin müəyyənləşdirildiyini, amma ideal yer olmadığını bildirib: 

Prezident olaraq, “Qarabağ”ın gələcəyi məni maraqlandırır. Ən böyük hədiyyə akademiyanın qurulması ilə bağlı idi. İki il əvvəl demişdim ki, akademiya və gənclərə yatırım etmək zamanımız gəlib. Şükür Allaha, onunla bağlı işlərimiz başlayıb, layihələrimiz var. Yavaş-yavaş “Qarabağ” futbol akademiyasını inşa etdirəcəyik. Bu, məni çox sevindirir. Yer müəyyənləşib. Hazırkı stadionumuzun ətrafı olsaydı, bizim üçün daha qənaətbəxş idi. Çünki gedib-gəlmək, futbolçularımızda vahid “Qarabağ” ruhunun yaranması çox önəmlidir. Çalışacağıq ki, bugünkü stadionumuzun yanında olsun. Bunu cənab prezidentdən, nazirlərimizdən xahiş edəcəyik. Amma hələlik, öz yerimiz var. Binə qəsəbəsinə yaxın yerdədir. Yeri bir az uzaqdır, deyə bilmərəm ki, idealdır. Lakin mövcud duruma baxırıq. Ola bilsin ki, bu il inşaata başlayacağıq. Klub prezidenti olaraq, atdığım ən önəmli addımlardan biridir”.