"Turan Tovuz"un futbolçusu Avstraliya klubundan dəvət aldı
"Turan Tovuz"un müdafiəçisi Roderik Miller karyerasını Avstraliyada davam etdirəcək.
Mediasport.az xəbər verir ki, Panama milli komandasının üzvü "Vestern Sidney" klubundan rəsmi təklif alıb.
Tovuz klubu ilə müqaviləsini ötən yay 2 illik artıran 33 yaşlı futbolçu Azərbaycana qayıtmaqda maraqlı deyil.
O, müqaviləyə xitam verməyə çalışır.
Özü, ya da Avstraliya tərəfi təzminat ödəməlidir.
Miller bölgə təmsilçisinin heyətində 2023-cü ilin martından forma geyinir.