"Qarabağ"ın oyununa biletlərin qiyməti 3 manatdan başlayır

"Qarabağ"ın oyununa biletlərin qiyməti 3 manatdan başlayır

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satılır.

Respublika stadionunda baş tutacaq matç dekabrın 18-i saat 20:00-da başlanacaq.