"Turan Tovuz"un sabiq hücumçusu Çin Superliqasında oynayacaq
2022/2023-cü illər mövsümünü "Turan Tovuz"da keçirmiş Runi Evanın yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 28 yaşlı forvard karyerasını Çin Superliqasında davam etdirəcək.
Bolqarıstanın "ÇSKA-1948" klubundan ayrılan Eva Asiya ölkəsinin "Meyçjou Hakka" komandasına keçib.
Qeyd edək ki, kamerunlu hücumçu Tovuz təmsilçisinin heyətində 32 oyuna 16 qolla yadda qalıb.