"Zirə"nin rəqibi erməni futbolçunu Bakıya gətirməyəcək - AÇIQLANDI

"Zirə"nin rəqibi erməni futbolçunu Bakıya gətirməyəcək - AÇIQLANDI

UEFA Avropa Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıya səfər edəcək Xorvatiyanın "Osiyek" klubu ölkəmizə itkilərlə gələcək.

Mediasport.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Federiko Kopitelli deyib.

39 yaşlı italyan çalışdırıcı müdafiəçi Styopa Mkrtçyanın da Bakıya yollanacaq heyətdə yer almayacağını bildirib. O, bildirib ki, təhlükəsizlik səbəbindən riskə getməyə ehtiyac yoxdur:

"Biz onsuz da Konfrans Liqasında mərhələ adlaya biləcək gücdəyik. Ona görə artıq risklər lazım deyil. Renan Gedeş və Andre Duarte də cavab görüşündə oynaya bilməyəcək. Pedro Limanın vəziyyəti isə yaxşıdır, "Zirə"ya qarşı meydana çıxa bilər. Səfərə mərhələ keçmək üçün yollanacağıq".

"Zirə" - "Osiyek" qarşılaşması avqustun 15-i, saat 20:30-da "Dalğa Arena"da keçiriləcək.

Ötən həftə Xorvatiyada baş tutmuş ilk matçda 1:1 hesabı qeydə alınıb.