Türkiyə Futbol Federasiyasından azərbaycanlı futbolçulara "yaşıl işıq"
Türkiyə Futbol Federasiyası (TFF) Super Liqada legioner limiti ilə bağlı yeni qərar qəbul edib.
MediaSport.az xəbər verir ki, bundan sonra azərbaycanlı futbolçular Türkiyə çempionatlarında yerli statusu ilə oynaya biləcəklər.
TFF-nin qərarında deyilir:
"Klublar Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan bir futbolçu və Türkiyə A milli futbol komandasında oynaya bilməyən, türk vətəndaşlığı və ya mavi kart sahibi olan maksimum 1 futbolçu ilə müqavilə bağlayıb qeydiyyatdan keçirə bilərlər".
Qeyd edək ki, Superliqada yeni mövsüm avqustun 11-də başlanacaq. Daha əvvəl çempionatdakı komandalara 14 legionerlə çıxış etməyə icazə verilib.