Rumınlarla heç-heçə oynayan "Qəbələ" Almaniya klubunu məğlub etdi
Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib.
mediasport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Almaniyanın “Lukenvalde” klubu ilə qarşılaşıb.
“Limak Sports Senter”də keçirilən görüş “Qəbələ”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ"nin qollarını Gülağa Əsədov, Ramon Maçado və Felipe Santos vurub.
“Qırmızı-qaralar” hazırlıq prosesi çərçivəsində keçirdiyi ilk matçda Rumıniyanın “Sepsi” klubu ilə bərabərə qalmışdı - 2:2.