Türkiyə milli komandasının üzvü İspaniya klubuna keçib - VİDEO
Türkiyə milli komandasının futbolçusu Bertuğ Yıldırım karyerasını "Xetafe"də davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 22 yaşlı hücumçu icarə əsasında La Liqa klubunun formasını geyinəcək.
Fransa "Renn"i forvardı keçən ilin yayında "Hatayspor"dan transfer edib.
Bertuğ Liqa 1 klubunun heyətində 28 oyunda meydana çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.