"Böyük beşlik" çempionatlarında mövsümün yaddaqalan hadisələri
"Transfermarkt" portalı cari mövsüm Avropanın TOP-5 liqaları üzrə dəyərləndirmə aparıb.
Mediasport.az xəbər verir ki, fərqləndirilən klublar arasında "Qarabağın" Avropa Liqasının qrup mərhələsindəki rəqibi Leverkuzen "Bayer"i də yer alıb.
Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv "əla" başlığı altında qiymətləndirilib.
"Transfermarkt" portalının Avropanın TOP-5 liqaları üzrə dəyərləndirməsi:
Əla: "Liverpul", "Arsenal" (ikisi də İngiltərə), "Real" (İspaniya), "Bayer" (Almaniya), "İnter" (İtaliya)
Gözlənilən: "Yuventus" (İtaliya), "Atletiko" (İspaniya), "Leypsiq" (Almaniya), PSJ (Fransa), "Tottenhem" (İngiltərə)
Yaxşı: "Bayern" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Milan" (İtaliya), "Marsel" (Fransa)
Gözləniləndən zəif: "Mançester Yunayted", "Nyukasl (hər ikisi İngiltərə), "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya)
Zəif: "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya), "Lion" (Fransa)