Gürcüstan tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək

Gürcüstan tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək

Futbol üzrə AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda nəzərdə tutulmuş keçid pley-off görüşlərində final oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, C yolunun keçid pley-offunun final matçında Gürcüstan doğma azarkeşlər önündə Yunanıstanı qəbul edib.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə oynanılsa da, qapılar yenə toxunulmaz qalıb. Penaltilər seriyasında daha dəqiq olan Gürcüstan milli komandası AVRO-2024-ə vəsiqəni təmin edib.

Tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanan gürcüstanlılar F qrupunda Portuqaliya, Türkiyə və Çexiya ilə mübarizə aparacaqlar.

AVRO-2024. Keçid pley-offu. Final

26 mart

Gürcüstan - Yunanıstan 0:0 (penaltilər seriyası - 4:2)

23:45 Uels - Polşa

23:45 Ukrayna - İslandiya