Turun son oyun günündə "Neftçi" və "Sabah" qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında 3-cü tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
"Neftçi" "Şəki"dən üstün olub - 90:64.
Ötən mövsümün çempionu "Sabah" isə "Xırdalan"ı 99:87 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Xəzri" "Cəlilabad"ı 89:79, "NTD-İndiqo" "Gəncə"ni 94:76, "Sumqayıt" "Sərhədçi"ni 74:70 hesabı ilə üstələyib.