Nazir yığma komandamızı təbrik etdi: "Azərbaycana zəfər yaraşır!"

Nazir yığma komandamızı təbrik etdi: "Azərbaycana zəfər yaraşır!"

Elm və təhsil naziri Emin Əmrullayev basketbol milli komandamız haqqında paylaşım edib.

MediaSport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının prezidenti Kosovonun Priştina şəhərində keçirilən U-16 Avropa çempionatında Ermənistan yığmasına qalib gələn komandamızı təbrik edib.

Nazir paylaşımında bunları qeyd edib: "Milli komandamızı ürəkdən təbrik edirəm!!! Böyük qələbələrimiz hələ irəlidədir! Azərbaycana zəfər yaraşır!!".

Qeyd edək ki, yığmamız Ermənistan komandasını 92:58 hesabı ilə məğlub edib.