Meydan sahiblərindən böyükhesablı qələbə - Azərbaycan basketbol Liqası
Azərbaycan Basketbol Liqasında 10-cu tura start verilib.
mediasport.az xəbər verir ki, açılış matçında "Sərhədçi" ilə "Olimpik" (Şəki) qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsilə yekunlaşıb - 99:80. Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Əndər Poladxanlı (29 xal, 5 asist), "Olimpik"dən (Şəki) Anar Hacıyev (20 xal, 6 ribaund) olublar.
Turun qalan oyunları 17-18 dekabrda keçiriləcək. "Neftçi" İK "Sabah"ı, "AAAF Xırdalan" "Gəncə"ni, "Zirvə Astara" isə NTD-ni sınağa çəkəcək.