27 yaşlı gürcüstanlı məşqçi Azərbaycanın bölgə klubunda
“Quba” basketbol klubu gürcüstanlı məşqçi ilə anlaşıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək.
O, bölgə təmsilçisində mövsümün sonuna qədər işləyəcək.
1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü Gürcüstanın “Suxumi” klubunda basketbolçu kimi keçirib.
Karyerasını yayda başa vuran Çkareuli buna qədər "Suxumi"nin U-22 komandasının baş məşqçisi və Zaza Paçulia adına basketbol akademiyasında məşqçi kimi fəaliyyət göstərib.