"Zirə" 349600, "Sumqayıt" 524600, "Sabah" isə 174600 avro qazandı
Cari mövsüm Avropa Liqası və Avropa Konfrans Liqasında Azərbaycanı təmsil edən 3 klubun hesabına UEFA tərəfindən ödəniş edilib.
Mediasport.az xəbər verir ki, "Zirə" 349600, "Sumqayıt" 524600, "Sabah" isə 174600 avro irəli düşüb.
Ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
Qeyd edək ki, Avropa Liqasında mübarizəyə başlayan "Zirə" "Şerif"ə səfərdə qalib gəldikdən sonra evdə uduzub və Konfrans Liqasında iki mərhələ adlayıb, "Sabah" KL-də 1 raund keçib, "Sumqayıt" ümidləri doğrultmayıb.