AFFA bu klubu Azərbaycan çempionatından kənarlaşdırdı

AFFA bu klubu Azərbaycan çempionatından kənarlaşdırdı

"İrəvan" komandası növbəti mövsüm Azərbaycan 1-ci Liqasında iştirak etməyəcək.

Mediasport.az xəbər verir ki, AFFA-nın Lisenziya Komissiyası bu kluba 2024/2025 mövsümündə turnirdə iştirak üçün lisenziya verməyib.

Əvəzində II Liqada çempion olan “Baku Sportinq” yarışda mübarizə aparacaq. Paytaxt təmsilçi bunun üçün müvafiq lisenziyaya da sahib çıxıb.

Xatırladaq ki, "İrəvan" mövsümü 7-ci pillədə başa vursa da, maliyyə və oyunçu çatışmazlığı səbəbindən dəfələrlə çempionat matçlarına az sayda heyətlə çıxıb.