"Səbail" "Konyaspor"u məğlub etdi

"Səbail" "Konyaspor"u məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında "Səbail"  üçüncü yoxlama matçını keçirib.

MediaSport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Superliqa təmsilçisi “Konyaspor”la qarşılaşıb.

Görüş "dənizçilər"in 2:0 hesablı qələbəsilə yekunlaşıb. Komandamızın heyətində qolları David Qomis və Pedro Nuno vurublar.

Bayıl klubu toplanış çərçivəsində "Ərzurumspor" (4:3) və "Sivasspor"la (1:1) üz-üzə gəlib.