UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu başlayıb

UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu başlayıb

AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu başlayıb.

Mediasport.az xəbər verir ki, İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyevin rəhbərlik etdiyi ilk mərhələ iyunun 7-dək davam edəcək.

Kursun ikinci mərhələsi iyunun 18-dən 21-dək, üçüncü mərhələsi iyulun 2-dən 5-dək, dördüncü mərhələsi isə avqustun 19-dan 24-dək davam edəcək.