Rahilin və Cəlalın komandaları turu qələbə ilə başa vurdu - VİDEOLAR

Rahilin və Cəlalın komandaları turu qələbə ilə başa vurdu - VİDEOLAR

Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvlərinin komandaları daxili birinciliklərdə meydana çıxıblar.

Mediasport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" evdə "Kayzerslautern"lə oyunda xal itirib (0:0).

Yığmamızın hücumçusu 73-cü dəqiqədə əvəzlənib.

Azərbaycan millisinin müdafiəçi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" "Poqon"u səfərdə məğlub edib (1:0). Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Cəlal Hüseynovun komandası "Arda" öz meydanında "Botev"i 2 cavabsız qolla üstələyib (2:0). Hüseynov bu görüşdə iştirak etməyib.

Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" "Erokspor"u 3:0 hesabı ilə məğlub edib. Dadaşov zədəli olduğu üçün adı matçın protokoluna daxil edilməyib. Nəzərov isə sona qədər ehtiyatda qalıb.

Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" evdə "Vlajniya" ilə üz-üzə gələcək.


8 noyabr


Almaniya 2-ci Bundesliqası. 12-ci tur

"Nürnberq" - "Kayzerslautern" 0:0

Türkiyə 1-ci Liqası. 12-ci tur

"Ankaragücü" - "Erokspor" 3:0

Polşa Ekstraklasası. 15-ci tur

"Poqon" - "Radomyak" 0:1



Bolqarıstan Parva Liqası. 15-ci tur

"Arda" - "Botev" 2:0



9 noyabr

Albaniya Superliqası. 13-cü tur

17:00 "Eqnatia" - "Vlajniya"