UEFA "Qarabağ" klubuna 2 milyon manatdan çox ödəniş edib
![UEFA "Qarabağ" klubuna 2 milyon manatdan çox ödəniş edib](https://mediasport.az/uploads/images/202311/image_750x_6548db9fc4a04.jpg)
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
Mediasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ Avropa Liqasının qrup mərhələsində qazanılan iki qələbəyə və turnirdə iştiraka görə verilib.
Qurum tərəfindən ayrılan 1 milyon 320 min 105 avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə ölkə çempionunun hesabına köçürülüb.