UEFA "Qarabağ"ın pulunu göndərdi

UEFA "Qarabağ"ın pulunu göndərdi

UEFA 2023/2024 mövsümündə avrokuboklarda iştirak edən “Qarabağ” klubuna ödəniş edib.

Mediasport.az xəbər verir ki, AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına 200 min avro köçürülüb.

Qeyd edək ki, qitə futbol qurumu bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən bütün klublara ödənişlərini alıblar.