Avropa Kuboku: "Sabah" formal matçda İsveç klubuna qalib gəldi

Avropa Kuboku: "Sabah" formal matçda İsveç klubuna qalib gəldi

"Sabah" basketbol klubu FİBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu qrup mərhələsinin 6-cı turunda "Norrçöppinq Dolfins"i (İsveç) məğlub edib.

G qrupunun digər oyununda liderlik uğrunda "Marussi" (Yunanıstan) "Spiru" (Belçika) ilə qarşılaşıb (87:70).

Xatırladaq ki, təmsilçimiz oynadığı 5 matçın hamısında məğlub olduğu üçün qrupdan çıxmaq şansını itirib.

FİBA Avropa Kuboku. G qrupu. 6-cı tur

"Norrçöppinq Dolfins" (İsveç) - "Sabah" (Azərbaycan) 75:83 (22:21, 14:17, 19:21, 20:24)

Hakimlər: Ritvars Helmsteins (Latviya), Karol Kovalski (Finlandiya), David Tomasson (İslandiya)



1

Spiru

6

5

1

499-476

11

2

Marussi

6

4

2

490-444

10

3

Norçöppinq

6

2

4

474-513

8

4

Sabah

6

1

5

443-473

7