Azərbaycan klubunun 1 ay əvvəl gətirdiyi məşqçi vəzifəsindən gedib
Nazim Süleymanovun dəvəti ilə Azərbaycana gəlmiş yığmamızın keçmiş qapıçısı Aleksandr Jidkov I Liqa təmsilçisi "İrəvan"dan ayrılıb.
Mediasport.az saytına verilən məlumata görə, uzun illərdən sonra ölkəmizə tərşif buyurmuş qapıçılar üzrə məşqçi yeni klubundan maliyyə məsələsinə görə gedib.
Burada cəmi 1 ay çalışan mütəxəssis ilk maaşını vaxtında ala bilməyib. "İrəvan"ə gəlişinin əsas təşəbbüskarı, komandanın baş məşqçisi olan dostu Nazim Süleymanovla görüşərək vidalaşıb.
Qeyd edək ki, o, 1994/1998-ci illərdə Azərbaycan milli komandasının əsas qapıçısı olub.