"Qarabağ"lıya 1 milyon, millimizin üzvünə 2 milyon qiymət qoydular
Məşhur “Transfermarkt” portalı ilin son günlərində futbolçuların yenilənmiş transfer qiymətlərini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən siyahıda lider olan millimizin və "Hatayspor"un hücumçusu Renat Dadaşovun dəyəri 1.6 milyon avrodan 2 milyon avroya yüksəlib.
Yığmamızın digər üzvü Musa Qurbanlının dəyərində eniş olub. İsveçin “Yurqorden” klubunda oynayan 21 yaşlı forvardın qiyməti 1 milyon avrodan 900 minə düşüb.
Təmsilçilərimizdən “Qarabağ”ın futbolçuları - Toral Bayramovla Olavio Juninyonun qiymətində də artım var.
Müdafiəçinin transfer qiyməti 500 mindən 800 minə, braziliyalı hücumçunun dəyəri isə 600 mindən 1 milyona avroya qaldırılıb.