Azərbaycanda II Divizion yaradıldı

Azərbaycanda II Divizion yaradıldı

Bu gün "Bakcell Arena"da AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı baş tutub.

mediasport.az xəbər verir ki, iclasda 2023/2024-cü illər mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi ilə bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.

Böyük ehtimal, burada Region Liqası komandaları iştirak edəcəklər.