Veteran futbolçu klub rəhbərliyini sərt tənqid etdi - VİDEO

Veteran futbolçu klub rəhbərliyini sərt tənqid etdi - VİDEO

Veteran futbolçu Maşallah Əhmədov "ARB 24" telekanalında yayımlanan "Oyundankənar" verilişində qonaq olub.

mediasport.az xəbər verir ki, 63 yaşlı keçmiş futbolçu Premyer Liqanın 10-cu turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Neftçi" matçı haqda danışarkən Gəncə təmsilçisinin durumundan söz açıb, hazırda komandada hökm sürən vəziyyətə görə klub rəhbərliyini günahlandırıb, sərt tənqid edib.

- Gəncədə anadan olmuşam, futbolun sirrlərinə orada yiyələnmişəm, bu şəhərin komandasında oynamışam. Daha sonra isə məni Bakıya yola salıblar və “Neftçi”də çıxış etmişəm. Bu iki komanda mənimdi, o birilər bizim. Gəncə üçün canımı da verərəm. “Kəpəz”in bu durumda olması mənə çox pis təsir edir. Bunu isə futbolçular yox, klub rəhbərliyi edir.

Veteran "Kəpəz"də rəhbər vəzifədə işləmək istəməsi ilə bağlı danışarkən, ulduz olduğunu və heç kimdən qorxmadığını söyləyib: "Kəpəz"in hazırkı nəticələrində baş məşqçinin günahı yoxdu, günahkar klub rəhbərliyidi. Klub rəhbəri futbol adamı olmalıdı. Elxan Məmmədova da demişəm. İlqar Nadirli mənə reaksiya vermişdi ki, "Elxan müəllim burada olanda niyə demirdiniz bunu?”.  Mənim nə Elxan Məmmədovdan, nə də başqasından qorxum var. Hamısına hörmətlə yanaşıram. Mən ulduz olmuşam, futboldan başım çıxır, heç kim burada məni aldada bilməz.

Dediyim kimi, “Kəpəz”in toparlanması çətindi. Doğrudu, Tərlan Əhmədovun yanındakıları hamısı futbolçudu. Ancaq rəhbər şəxs futbol adamı deyil. Təsəvvür edin, mən güləşdə işləyirəm. Premyer Liqa və birinci divizionda çıxış edən klublar gərək “Qarabağ” kimi oynasın. “Turan Tovuz”u görürsüz də, Oqtay Abdullayev rəhbərdi, Nadir Nəbiyev futbol adamıdı, Ayxan Abbasovu da baş məşqçi postuna gətirdilər. Çox kiçik büdcə ilə böyük işlər görürlər. Belə etmək lazımdı”.