"Molde" - "Qarabağ" matçının hakimlər briqadası açıqlanıb
UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Molde" - “Qarabağ” oyunun hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, Norveçdə baş tutacaq qarşılaşmanı Belçikadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Görüşün baş hakimi məşhur Erik Lambrexts olacaq. Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Fransalı Benua Milo və belçikalı Yan Boterberq VAR hakimləri kimi fəaliyyət göstərəcklər.
Noyabrın 30-da keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Turnir cədvəlində hər iki komandanın 6 xalı var - “Qarabağ” ikinci, “Molde” üçüncü pillədə qərarlaşıb.