İdman jurnalistikasına ağır itki - Elvin Rüstəmov qəzada dünyasını dəyişdi

İdman jurnalistikasına ağır itki - Elvin Rüstəmov qəzada dünyasını dəyişdi

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

mediasport.az xəbər verir ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.

Elvin Rüstəmov həm də idman jurnalisti idi. O, “Neftçi TV”də çalışırdı.

Həmkarımızın ailəsinə, əzizlərinə, qohumlarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir diləyirik.

Allah rəhmət etsin!