Yeni "İmarət" stadionunun Ağdamda tikiləcəyi yer məlum oldu - VİDEO

Yeni "İmarət" stadionunun Ağdamda tikiləcəyi yer məlum oldu - VİDEO

Erməni tapdağından azad edilmiş digər ərazilərdə olduğu kimi, Ağdam şəhərində də yenidənqurma və bərpa işləri davam etdirilir.

Həyata keçirilən tikinti, abadlıq və quruculuq işləri çərçivəsində şəhərin yeni "İmarət" stadionunun tikiləcəyi yer də müəyyənləşib.

Bu haqda ilk dəfə Əməkdar jurnalist Səadət Məmmədovanın müəllifi olduğu və ATV kanalında yayımlanan "Ağdam və mən" verilişində məlumat verilib.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov yeni "İmarət" stadionunun rayonun Sarhacılı kəndi istiqamətdində yerləşmiş Ağdamın köhnə idman kompleksinin ərazisində tikiləcəyini diqqətə çatdırıb.

QEYD: Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, "İmarət" stadionu (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcək.

Tikintinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.

MediaSport.az