"Turan Tovuz"un müdafiəçisini yenidən Moldovaya dəvət etdilər
"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi növbəti dəfə Moldova millisinə dəvət alıb.
Mediasport.az xəbər verir ki, 27 yaşlı cinah futbolçusu qarşıdakı 2 oyununda yığma komandanın düşərgəsində olacaq.
O, yoxlama görüşləri çərçivəsində iyunun 8-də Kipr, 11-də Ukrayna ilə keçiriləcək matçlar üçün heyətdə yer alacaq.
Xatırladaq ki, ötən ildən Tovuz təmsilçisinin formasını geyinən Marandiçi 2020-ci ildən dəvət aldığı əsas millidə 10 oyun keçirib.