Ukrayna pley-offda, Gürcüstan yığması tarixi uğurun astanasında

Ukrayna pley-offda, Gürcüstan yığması tarixi uğurun astanasında

Gürcüstan və Rumıniyanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə U-21 Avropa çempionatı davam edir.

MediaSport.az xəbər verir ki, final mərhələsində 2-ci turun görüşləri keçirilib.

Dünən 2 qrupda 4 matç oynanılıb. İlk turda Portuqaliya yığmasına 2:0 hesabı ilə qalib gələrək sensasiyaya imza atan Gürcüstan futbolçuları bu dəfə Belçika ilə matçda süpriz ediblər.

Vaxtilə Bakı "İnter"ində (indiki "Şamaxı") çalışmış Zaur Svanadzenin oğlu Ramazın baş məşqçisi olduğu kollektiv 0:2 hesabı ilə geri düşsələr də, dönüş edərək 1 xal qazana biliblər. Son turda Niderlandla görüşəcək Gürcüstan "narıncılar"dan 1 xal götürsə, tarixində ilk dəfə pley-offa çıxacaq.

Ukrayna isə 2 turdan maksimum xal toplayaraq adını pley-offa yazdırıb.

Bu gün daha 4 qarşılaşma keçiriləcək. AÇ-nin açılış oyunu çərçivəsində Belçika - Niderland (0:0) duelinin baş hakimi olmuş azərbaycanlı FİFA referisi Əliyar Çexiya - Almaniya görüşündə 4-cü hakim funksiyasını yerinə yetirəcək.


U-21 Avropa çempionatı. Final mərhələsi. Qrup oyunları. 2-ci tur

Gürcüstan - Belçika 2:2

Qollar: Georgi Tsitaşvili, 51, Giorgi Quliaşvili, 87 - Maksim De Küyper, 15, Larci Ramazani, 38.

Portuqaliya - Niderland 1:1

Qollar: Andre Almeyda, 20 - Brian Brobbey, 78.

Rumıniya - Ukrayna 0:1

Qol: Viktor Dikan, 89-avtoqol.

İspaniya - Xorvatiya 1:0

Qol: Abel Ruiz, 1.


U-21 Avropa çempionatı. Final mərhələsi. Qrup oyunları. 2-ci tur

20:00 Çexiya - Almaniya

20:00 İngiltərə - İsrail

20:00 İsveçrə - İtaliya

22:45 Norveç - Fransa