Yığmamız 7:22 hesabı ilə məğlub oldu, "Neftçi"rumınlara qalib gəldi

Yığmamız 7:22 hesabı ilə məğlub oldu, "Neftçi"rumınlara qalib gəldi

Astarada basketbol üzrə Dünya Qadınlar Seriyasının qrup mərhələsi oyunları start götürüb.

mediasport.az xəbər verir ki, turnirin açılış oyunu çərçivəsində A qrupunda ilk görüş Almaniya və Ukrayna milliləri arasında baş tutub. Qarşılaşmada ukraynalılar 15:14 hesablı qələbə qazanıblar.

B qrupunda favorit Çin millisi Avstriya komandasına 13:14 hesabı ilə məğlub olub.

C qrupunda ilk oyununu keçirən Azərbaycan millisi Polşa seçməsi ilə oyundan 7:22 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan “Neftçi” isə klubu Rumıniya millisinə qalib gəlib - 15:12.