Millimiz Kosovoya qarşı

Millimiz Kosovoya qarşı

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

MediaSport.az xəbər verir ki, yığma B Divizionunun C qrupunda Kosovo millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Komandamız əvvəlki matçlarda Ukrayna və İsveçə məğlub olub.