Azərbaycan Basketbol Liqasında ilk turun oyunları yekunlaşdı
Azərbaycan Basketbol Liqasında 1-ci turun oyunları yekunlaşıb.
mediasport.az xəbər verir ki, mövsümün açılış oyunu "Sərhədçi PİK" və "NTD BK" komandaları arasında baş tutub. Görüş "NTD BK" kollektiivnin 77:71 hesablı qələbəsi ilə başa çatıb.
"AAAF Xırdalan BK" - "Neftçi İK" komandaları arasında keçirilən görüşdə qonaqların qələbəsi qeydə alınıb - 77:80.
Görüşün ən məhsuldar oyunçuları "AAAF Xırdalan BK"dan Devin Pullum (27 xal) və "Neftçi İK"dan Möhsün Muradxani (21 xal) olub.
Digər matçda "Gəncə BK" və "Olimpik Şəki BK" komandaları görüşüb. Gəncə basketbolçuları 85-69 hesabı ilə qalib gəliblər. Abdulay Bundu ("Gəncə BK" , 20 xal ) və Delvin Haf ("Olimpik Şəki BK", 26 xal ) qarşılaşmanın ən məhsuldar oyunçuları olublar.
"Sabah BK" və "Zirvə Astara BK" komandaları arasında baş tutan oyunda isə qələbə qazanan tərəf "Sabah BK" olub - 69:61. Ən məhsuldar oyunçular Udun Osakue ("Sabah BK", 23 xal) və Zo Tyson ("Zirvə Astara BK", 15 xal) olublar.