Yığmamızdan Mərkəzi Asiyanın Açıq Çempionatında ilk qələbə

Yığmamızdan Mərkəzi Asiyanın Açıq Çempionatında ilk qələbə

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında ilk oyununu keçirib.

Mediasport.az" xəbər verir ki, yerli OKMK klubu ilə qarşılaşan yığmamız 30:28 hesablı qələbə qazanıb.

Mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır.

Komandamız A qrupunda Qazaxıstanın ALMATA REGİON və Özbəkistanın ROPSTTM kollektivləri ilə də qarşılaşacaq.

Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər.