Ağakişi qardaşları Avropa Kubokunun yarımfinal oyununu idarə edəcəklər
Beynəlxalq dərəcəli həndbol hakimləri Erners və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.
mediasport.az xəbər verir ki, təcrübəli referilər ölkəmizi qadın həndbolçuların EHF Avropa Kuboku turnirində təmsil edəcəklər.
Qitənin nüfuzlu klub turnirinin yarımfinal mərhələsinin “Antalya Konyaaltı BSK” - “MKS İUVENTA Mixalovçe” görüşünü Ağakişi qardaşları idarə edəcəklər.
Görüş bu gün Akdeniz Universitetinin idman sarayında keçiriləcək.