"Zenit"in 28 yaşlı hücumçusu "Neftçi" haqqında: "Liqalarının liderlərindədir"
“Rusiyaya üç fərqli ölkədən - Azərbaycan, Türkiyə və Serbiyadan komandalar gələcəklər. Buna görə turnirdə maraqlı mübarizənin olacağını gözləyirəm".
MediaSport.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında "Zenit"in futbolçusu İvan Sergeyev deyib.
Sankt-Peterburq klubunun 28 yaşlı hücumçusu iyulun 1-dən 15-nə qədər təşkil olunacaq “Matç TV” turnirindəki rəqibləri barədə danışıb:
“Neftçi”, “Fənərbağça” və “Srvena Zvezda” öz çempionatlarında iddialı klublardır. Liqalarının liderlərindəndirlər. Digər ikisi ilə qarşılaşmışıq. Bizi "Neftçi" ilə maraqlı oyun gözləyir. Ümid edirəm ki, oyunlara çox azarkeş gələcək. Ümumiyyətlə, həm təlim-məşq toplanışının, həm də turnirin Sankt-Peterburqda keçirilməsi yaxşı haldır. Bu, Superkubok matçına hazırlaşmaq üçün də ideal variantdır. İnanıram ki, "Zenit"in ad-sanına layiq çıxış edəcəyik".
“Neftçi” turnirdə ilk oyununu iyulun 1-də “Zenit”ə qarşı keçirəcək. Komandamız ayın 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.