Ən çox penalti vuran - Almeyda
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda futbol üzrə Azərbaycan Premyer Liqasında penalti sayını 25-ə çatdırıb.
mediasport.az xəbər verir ki, Ağdam klubunun legioneri buna 30-cu turda nail olub.
Braziliya əsilli futbolçu “Sabah”la görüşdə (1:2) 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.
Almeyda XXI əsrdə çempionatda ən çox penalti vuran oyunçudur.